İRNA-nın məlumatına görə, Hüseyn Əmir Abdullahiyan İran İslam Respublikası Polis Qüvvələrinin Baş komandanı briqada generalı Əhmədrza Radana ünvanladığı mesajda polis qüvvələri həftəsini təbrik edərək yazıb: Ali Məqamlı Rəhbərin dediyi kimi, İran İslam Respublikasının qüdrətli polis qüvvələri, əziz İranın bütün şəhərləri və sərhədləri boyunca ölkədə təhlükəsizliyin qorunmasının əsas sütunlarından biridir. Onlar ölkənin digər təhlükəsizlik keşikçiləri ilə çiyin-çiyinə İranın şərəfli və nəcib xalqına əmin-amanlıq və asayiş gətirmiş, ölkənin təhlükəsizliyinin müdafiəsi kimi təhlükəli məsuliyyətdə pak qanlarını və şirin canlarını fəda etmişlər.
Xarici İşlər naziri əlavə edib: Bu gün düşmənlərin ölkədə iğtişaş yaratmaq və təhlükəsizliyin qüdrətli keşikçilərinin imicini ləkələmək üçün birgə müharibəsinə baxmayaraq, İran İslam Respublikası regionda sabitlik və təhlükəsizliyin sütunu, terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin qəhrəmanı və lideri olmağa davam edir və region və dünyada sabitlik, təhlükəsizlik və sülhün bərqərar olmasında misilsiz rol oynayır.
Sizin rəyiniz